İrəvanda aksiya iştirakçısı ölüb- Səbəb isə...

İrəvanda aksiya iştirakçısı ölüb- Səbəb isə...

İrəvanda keçirilən etiraz aksiya zamanı ölən vətəndaşın qanında benzodiazepinlə (psixoaktiv maddə -red.) qarışıq olan natural və sintetik kannabionid (marixuananı təşkil edən maddələr toplusu –red.) aşkar edilib.

Bu barədə Ermənistan polisi məlumat yayıb.

Hüquq-mühafizə orqanları vətəndaşın əvvəllər polislə problemlərinin olması ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib:

"Biz artıq məlumat vermişdik ki, onun polislə heç bir əlaqəsi yoxdur və onu şöbəyə gətirməyiblər. Biz də bu ölümü spekulyasiya predmetinə çevirməməyə çağırdıq".

Qeyd edək ki, mayın 5-də çadırdakı aksiya iştirakçılarından biri - 41 yaşlı Artur Sedrakyan özünü pis hiss edib. Xəstəxanaya çatdırılan erməniyə ürək çatışmazlığı diaqnozu qoyulub. Daha sonra isə o, xəstəxanada ölüb.

скачать dle 12.1
Geri qayıt