İrandan ABŞ-a maraqlı təklif

İrandan ABŞ-a maraqlı təklif

ABŞ sanksiyalara görə İran xalqına dəymiş ziyanı ödəsə, Tehran da Vyanadakı nüvə danışıqlarına qayıdacaq və sazişi imzalayacaq.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə jurnalistlərə açıqlamasında deyib.

"Əgər ABŞ bu gün qərarını versə və İran xalqının cibindən götürdüyünü geri qaytarsa, itirilmiş hüquqlarını kompensasiya etməyə razılaşsa və bu hüquqlara hörmət etsə, Moranın Tehrana səfərinin ertəsi günü Vyanaya qayıdıb müqaviləni imzalayacağıq”, - Xətibzadə bildirib.

Qeyd edək ki, Avropa Birliyinin ali nümayəndəsi Enrike Moranın sabah İrana səfəri planlaşdırılır.

скачать dle 12.1
Geri qayıt