Zelenski G7 liderləri ilə videokonfrans keçirəcək
Ukrayna Prezidenti Vladimir Zelenski ilə G7 ölkələrinin liderləri mayın 8-də videokonfrans keçirəcək.
GunAz.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə bildirib.
O qeyd edib ki, liderlər Ukrayna ətrafındakı vəziyyəti, habelə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi perspektivlərini müzakirə edəcəklər.
