İŞİD Hindistanda terakt törədə bilər. Bu barədə informasiyanı NDTV televiziyası Hindistan hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yayıb. Hind polisi hücumların Banqladeşin "Camaat əl Mücahiddin” təşkilatı vasitəsilə həyata keçiriləcəyini düşünür. Terrorçular daha çox Hindistana gələn turistlərə hücum etməyi planlaşdırırlar.