İrəvanda vəziyyət daha da qarışdı

İrəvanda müxalifətin keçirdiyi itaətsizlik aksiyası zamanı etirazçılarla polis arasında toqquşma baş verib.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, bu gün müxalifət tərəfdarları İrəvanın Argişti küçəsi ilə Maştots prospektinin kəsişməsində nəqliyyatın hərəkətini bloklayıblar. Təxminən saat yarım sonra polislərlə etirazçılar arasında toqquşma baş verib.
Güc strukturları əməkdaşlarına etirazçıları yoldan çıxarmaq üçün bir neçə dəqiqə lazım olub.