Papikyan sərhədimizdə nə iş görür?
Ermənistan müdafiə naziri Suren Papikyan aprelin 29-da ölkənin cənub istiqamətində yerləşən hərbi hissələrdən birinə baxış keçirib.
GunAz.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Suren Papikyan döyüş mövqelərinə baş çəkib, döyüş növbətçiliyinin şəraiti ilə tanış olub, hərbçilərlə söhbət edib.
Qeyd edək ki, erməni nazir artıq 3 gündür ölkənin cənubunda hərbi hissələrə baxış keçirir, hərbçilərlə görüşür və tapşırıqlar verir. O, ötən gün "Baqramyan” bazasında yeni PUA-larını sınağını da izləyib.
