Pakistanda universitetə bombalı hücum olub- Ölənlər var

Pakistanda universitetə bombalı hücum olub- Ölənlər var

Pakistanın Karaçi şəhərində güclü partlayış baş verib.

"Pakistanın cənubundakı Karaçi liman şəhərindəki universitetdə baş verən partlayış nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb", - məlumatda deyilir.

 
Qeyd olunur ki, partlayış kampusda dayanmış mikroavtobusda baş verib.

"Partlayışın səbəbi hələ müəyyən edilməyib, polis hadisənin terror aktı olub-olmadığını müəyyən etmək üçün istehkamçıları çağırıb", - agentliyi məlumatında deyir.

 

Qeyd edilib ki, bütün yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb

скачать dle 12.1
Geri qayıt