Misir Dövlət Şurasının baş katibi həbsxanada intihar edib

Misir Dövlət Şurasının (Ali Məhkəmə) baş katibi Vəil Şilbi həbsxanada intihar edib. Bu barədə "Əl-Ahram" nəşrinin yaydığı məlumatda deyilir. Ötən həftə Misir prokurorluğu V. Şilbinin saxlanılmasına sanksiya verib. Eyni zamanda Misir Ali İnzibati Məhkəməsinin iki əməkdaşı saxlanılıb.