“Çıxış yolumuz yoxdur” - Zelenski ukraynalıları 10-20 il müharibə şəraitində yaşamağa hazır olmağa ÇAĞIRDI

Əksər ukraynalılar sadəcə olaraq 10-20 il müharibə şəraitində yaşamağa hazır deyillər, başqa seçimləri də yoxdur.
GunAz.az xəbər verir ki, bu sözləri aprelin 23-də Kiyevdə metrostansiyaların birində mətbuat konfransı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Biz artıq belə bir dövlətə çevrilmişik ki, uzun illər torpağımızı qorumalı olacağıq. Biz qalib gələndə ən güclü və təcrübəli ordumuz olacaq. Biz isə Avropanın ən güclü dövlətlərindən birinə çevriləcəyik”, – prezident deyib.
Bundan əlavə, Zelenski Putinlə görüşdən də danışıb. Həmçinin Rusiyanın Xersonda "referendum” keçirəcəyi təqdirdə Ukraynanın sülh danışıqlarına getməyəcəyini bildirib.
"Xersonda müvəqqəti işğal olunmuş ərazilərdə və Zaporojye vilayətində olan xalqımız işğalçıları tanımalı və onlara kömək etməməlidir”, – deyə Zelenski vurğulayıb.
Xuraman Etibarlı,