Ukraynada təyyarə qəzası olub- Ölənlər var
Ukraynaya məxsus "Antonov-26” tipli yük təyyarəsi texniki nasazlıq səbəbindən Zaporojye bölgəsində qəzaya uğrayıb.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Qəza nəticəsində ölənlərin olduğu bildirilir. Hələlik ölən və yaralanan şəxslərin dəqiq sayı məlum deyil. Qəza ilə bağlı araşdırma aparılır.
