Hindistan Ukraynaya yardım aparan təyyarəni niyə qəbul etmədi?

Hindistan Ukraynaya yardım aparan təyyarəni niyə qəbul etmədi?

Hindistan Ukraynaya yardım aparan Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus təyyarəni qəbul etməkdən imtina edib.

Bu barədə "Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, aprelin sonunda təyyarə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vasitəsilə Polşa və Rumıniyaya Ukrayna üçün humanitar yardım aparmalı idi. Bunun üçün tranzit məntəqələri kimi Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən istifadə ediləcəkdi:

"Məsələ Dehli ilə işçi səviyyəsində həll olunub, lakin aprelin 20-də rədd cavabı gəlib. Hindistan hakimiyyəti buna səbəb kimi qeyri-kafi koordinasiyanı göstərib. Məsələ ilə bağlı yekun qərar cümə günü veriləcək".


скачать dle 12.1
Geri qayıt