Ukraynada rus hərbçilərinin sayı artırılıb - Pentaqon

Ukraynada rus hərbçilərinin sayı artırılıb - Pentaqon

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Ukraynanın şərq və cənub bölgələrində Rusiya hərbçilərinin sayının artdığını açıqlayıb.

GunAz.az bu barədə CNN-ə istinadən xəbər verir.

 

Pentaqonun verdiyi məlumata görə, ötən həftənin sonundan etibarən Rusiya Ukraynanın şərqində və cənubunda mövcud qüvvələrinə 11 batalyon taktiki qrupları (BTQ) əlavə edib. Burada BTQ-lərin ümumi sayı 76-ya çatıb.

"Onlar Ukrayna daxilində öz imkanlarını artırıblar”, – deyən ABŞ Müdafiə Nazirliyinin rəsmisi əlavə edib ki, Ukraynadakı bütün Rusiya quru qüvvələri hazırda bu bölgələrdə cəmləşib.


скачать dle 12.1
Geri qayıt