İranlı nazir viza qərarı ilə əlaqədar ABŞ-ın Dünya Bankı-BVF iclasında iştirak etməyəcək
İranın iqtisadiyyat və maliyyə naziri İhsan Handuzi ABŞ-ın viza verilməsini gecikdirməsindən sonra görüşlərdə iştirakını dayandırıb.
GunAz.az xəbər verir ki, bu barədə "İRNA” məlumat yayıb.
Məlumatda bildirilib ki, ABŞ administrasiyası aprelin 18-24-də Vaşinqtonda Dünya Bankı və BVF-nin iclasında iştirak edəcək İranın iqtisadiyyat və maliyyə naziri Handuzinin başçılıq etdiyi nümayəndə heyətinə viza verilməsini təxirə salıb. ABŞ vizanı gecikdirdikdən sonra iranlı nazir görüşlərdə iştirakını ləğv edib:
"ABŞ hökuməti növbəti dəfə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir, ölkəmizdən nümayəndə heyətinin beynəlxalq konfranslarda iştirakını sabotaj edir”.
Xatırladaq ki, bundan əvvəl də ABŞ BMT Təhlükəsizlik Şurasının 2020-ci ilin yanvarında keçiriləcək iclasında iştirak etmək üçün İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin də viza müraciətini rədd edib. İki ölkə arasında diplomatik əlaqələr İsveçrə vasitəsilə həyata keçirilir.
