İran və Əfqanıstan arasında MÜNASİBƏTLƏR KƏSKİNLƏŞDİ
İran və Əfqanıstandakı son proseslər təhlükəli mərhələyə çatıb.
GunAz.az İran mediasına istinadla xəbər verir ki, Məşhəd şəhərində 3 mollaya bıçaqlı hücum və onlardan ikisinin ölməsi İrandakı əfqan mühacirlərə qarşı etirazların artmasına və vəziyyətin təhlükəli məcraya keçməsinə səbəb olub.
Belə ki, həmin üç şəxsin vurulmasından sonra İran və Əfqanıstan arasında münasibətlərin gərginləşməsi İrandakı əfqan mühacirləri daha da qorxuya salıb və onlara qarşı irqçi münasibətləri daha da artırıb.
İran hökumətinin əfqan mühacirlərə qarşı sərt və alçaldıcı davranışını göstərən video və xəbərlər yayılıb. Bundan sonra İranın Əfqanıstandakı səfirlik və konsulluq binalarına hücumlar edilib və İran bayrağı yandırılıb. Baş verən xoşagəlməz hadisələr iki xalq arasındakı münasibətləri və bununla bağlı reaksiyaları daha da kəskinləşdirib.
İran hökuməti isə həmişəki kimi yalanlara əl ataraq İranda əfqan mühacirlərə qarşı sosial mediada yayılan alçaldıcı rəftarlara aid videoların saxta yaxud ötən illərə aid olduğunu iddia edib.
