ABŞ Rusiyaya görə fövqəladə vəziyyət rejimini uzatdı

ABŞ-da Rusiya hakimiyyətinin "müəyyən zərərli hərəkətləri” ilə əlaqədar bir il əvvəl tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti daha 1 il uzadılıb.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden açıqlama verib.
"Rusiya hökumətinin xaricdəki bəzi zərərli fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi, eləcə də fövqəladə təhlükə yaratmaqda davam edir”, - Bayden qeyd edib.