Qırğızıstan və Tacikistan bu barədə razılığa gəlib
Qırğızıstan və Tacikistanın nümayəndələri hərbi texnikanın münaqişə zonasından çıxarılması barədə razılığa gəliblər.
GunAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti məlumat yayıb.
Danışıqlar zamanı əlavə qüvvə və vasitələrin daimi dislokasiya məntəqələrinə çıxarılması ilə bağlı qərar qəbul edilib.
"Dərhal tərəflər silahlı qüvvələrini və hərbi texnikanı hadisə yerindən çıxarmağa başlayıblar", - məlumatda deyilir.
Xatırladaq ki, bu gün Qırğızıstan və Tacikistan sərhədçiləri arasında ardıcıl olaraq iki atışma baş verib. İkinci atışma zamanı bir qırğız əsgəri yaralanıb.
