Kanadadan Rusiyanın müdafiə şirkətlərinə qarşı SANKSİYA
Kanada Ukrayna müharibəsində Rusiya ordusuna dəstək verən 33 Rusiya müdafiə şirkətinə sanksiya tətbiq edəcək.
GunAz.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanada hökuməti tərəfindən verilən açıqlamada bildirilib:
"Bu təşkilatlar Rusiya ordusuna birbaşa və ya dolayı yolla dəstək verib. Ona görə də bu şirkətlər Vladimir Putinin Ukraynada başladığı müharibənin səbəb olduğu ağrı və iztirablara ortaqdırlar. Kanada Ukraynadakı vəziyyəti yaxından izləyir və beynəlxalq tərəfdaşları ilə birlikdə hərəkət etməyə davam edir”.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumları davam edərkən, bir çox ölkələr Rusiyaya qarşı sanksiyalarını artırmağa davam edir.
