Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Malatya şəhərində 5,2 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 17:02-də şəhərin Pütürge rayonunda 5 km dərinlikdə meydana gəlib.
Dağıntı və itki barədə məlumat verilməyib.