Bu, Rusiya üçün mənfi nəticələr verəcək - Zelenski
Rusiyanın danışıqlar prosesini gecikdirməsi onun üçün mənfi nəticələr verəcək.
GunAz.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.
Zelenskinin sözlərinə görə, Ukrayna və Rusiya xarici işlər nazirləri Türkiyədə görüşüblər, lakin bu görüş nəticəsiz başa çatıb:
"Hər gün qoşunlarımız müəyyən ərazilərə girib işğaldan azad ediləndə görürsən ki, nə baş verir.
Onların burada nə etdiklərini görəndə danışmaq çox çətindir. Hər gün orada çəlləklərdə, zirzəmilərdə boğularaq öldürülən, işgəncələrə məruz qalan insanlar tapılır. Ona görə də hesab edirik ki, əgər onların düşünəcəkləri bir şey varsa, daha tez düşünməlidirlər”.
Zelenski əminliklə deyib ki, istənilən halda Ukraynada sülh bərqərar olacaq:
"Qələbə olmadan sülh ola bilməz. Qələbə ordumuzun döyüş addımları ilə paralel diplomatik formatda ola bilər. Ordumuz hər gün döyüş addımlarını nümayiş etdirir”.
