Polşa: Rusiya Ukraynanın 1/3 hissəsini işğal edəcək

Rusiya qoşunları tez bir zamanda Ukraynanın 1/3 hissəsini işğal etməyə cəhd edəcək və Moskva bundan danışıqlarda mövqeyini gücləndirmək üçün istifadə edəcək.
GunAz.az xəbər verir ki, bu barədə Polşa Baş naziri Mateuş Moravetski deyib.
"Mən rus qoşunlarının yenidən qruplaşmasını, təşkilini görürəm. Düşünürəm ki, onlar tezliklə Ukrayna qüvvələrini, xüsusən də Donbasda mühasirəyə almağa çalışacaqlar”, - deyə baş nazir bildirib.