Rusiya artıq döyüşdən imtina edir?
Rusiya Kiyev ətrafında döyüş fəaliyyətini azaldır.
Bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Rusiya qoşunlarının hərəkətini müşahidə edir. Belə ki, Rusiya qoşunları Kiyev ətrafından geri çəkilməyə, cənub və şərqdəki mövqelərdə cəmləşməyə başlayıb.
ABŞ rəsmiləri iddia edir ki, döyüş şərtləri uyğun olarsa, Rusiya ordunu həmişəlk geri qaytara bilər.
Digər ABŞ rəsmisinin dediyi kimi, Rusiya qoşunların çıxarılmasını Kiyevi havadan və artilleriyadan bombalamaqla yekunlaşdıracaq
