Rusiyanın Ukrayna ilə bağlı növbəti hədəfi budur?

Yerli əhalinin tam müqaviməti ilə üzləşən Rusiya Zaporojye və Xerson vilayətlərinin müvəqqəti zəbt etdiyi ərazilərində rublu dövriyyəyə buraxmağa çalışır”.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko məlumat verib.
O bildirib ki, Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarana qədər sanksiya təzyiqi gücləndirilməlidir.