AYİB Moskva və Minskdəki ofislərini bağladı
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moskva və Minskdəki ofislərini bağlayıb.
GunAz.az xəbər verir ki, bu barədə AYİB-in rəsmi saytında məlumat verilib.
AYİB Ukraynaya qarşı müharibəni kəskin şəkildə pisləyib.
Eyni zamanda, AYİB-in Ukraynaya fəal dəstəyini davam etdirdiyi qeyd edilir.
