Britaniya bu rusiyalıya qarşı sanksiyaları ləğv etdi

Britaniya bu rusiyalıya qarşı sanksiyaları ləğv etdi

Böyük Britaniya rusiyalı iş adamı Oleq Tinkovun, eləcə də Roman Abramoviçin ortağı olan "Millhouse” şirkətinin rəhbəri Yevgeni Şvidlerin yaxtalarına və təyyarələrinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

GunAz.az xəbər verir ki, bu barədə RBC Böyük Britaniyanın sanksiya siyahısına istinadən məlumat yayıb.

Məlumata görə, Tinkov və Şvidlerin aktivləri martın 24-də dondurulub, "Sberbank”ın rəhbəri German Qref, onun müavini Aleksandr Vedyaxin, bank sədrinin keçmiş birinci müavini Lev Xasis və başqaları da analoji sanksiyalara məruz qalıb. Qref və həmkarlarının Böyük Britaniyaya girişinə icazə verilməyib, lakin Tinkov və Şvidlerin ölkəyə girişinə heç bir məhdudiyyət qoyulmayıb.

Onların təyyarə və yaxtalarının limanlara daxil olması, ölkənin hava məkanında uçması və Böyük Britaniyanın hava limanlarına enişi qadağan edilib. İndi bu məhdudiyyətlər aradan qaldırılıb.


скачать dle 12.1
Geri qayıt