"Ukraynadakı vəziyyəti nəzərə alıb, ordumuzu tezliklə gücləndirməliyik" - Çexiyanın müdafiə naziri
"Ukraynadakı vəziyyəti nəzərə alıb, ordumuzu tez bir zamanda gücləndirməliyik”.
GunAz.az xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib. O bildirib ki, Ukraynadakı vəziyyəti nəzərə alaraq, Praqa Qərb istehsalçılarından hərbi texnika almaqla öz döyüş qabiliyyətini tez bir zamanda gücləndirmək niyyətindədir.
"Hərbi texnika almaqla öz döyüş qabiliyyətini tez bir zamanda gücləndirməliyik. Çexiya, xüsusilə, ABŞ-dan daha çox hərbi helikopter almaq imkanını nəzərdən keçirir”, – deyə nazir qeyd edib.
