Rusiya bazarına daha bir zərbə
Zərgərlik məmulatlarının hasilatı ilə məşğul olan Tiffany & Co. transmilli şirkəti Ukraynaya təcavüzü səbəbindən martın 21-dən Rusiyada hasil edilən yeni brilyantların alınmasını dayandırdığını bildirib.
Tiffany rəsmi açıqlamasında əlavə edib ki, Rusiyadan fərdi qeydiyyata alınan və çəkisi 0,18 karat və ya daha çox olan almazların istehsalını dayandırıb.
Qeyd edək ki, bundan əvvəl dünyanın ən böyük brilyant zərgərlik mağazası Signet Jewelers Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırıb

