Avropa Birliyi Ukrayna ilə bağlı qərar verdi
Avropa İttifaqı (Aİ) bu həftə Ukraynaya humanitar yardım və xilasetmə avadanlığının daha bir partiyasını çatdıracaq. Bu, bütün Aİ ölkələrinin iştirak etdiyi Aİ Mülki Müdafiə Mexanizmi tarixində ən böyük humanitar əməliyyatlardan biri olacaq.
Bu barədə məlumat bu gün Avropa Komissiyasının saytında dərc olunub.
Layihədə Fransadan başqa, bütün Aİ ölkələri, o cümlədən Norveç və Türkiyə də iştirak edir.
Aİ Mülki Müdafiə Mexanizmi 2001-ci ilin oktyabrında həm təşkilat daxilində, həm də onun hüdudlarından kənarda yanğınlar, daşqınlar və ya digər fövqəladə hallar səbəbindən çətin vəziyyətə düşən ölkələrə yardım göstərmək üçün üzv ölkələr arasında səyləri əlaqələndirmək məqsədi ilə yaradılıb.

