Zelenskidən daha bir müraciət

Zelenskidən daha bir müraciət

Rusiyanın Ukraynaya hücumları hələ başlanğıcdır. Hamımız Rusiyanı dayandırmalıyıq. Dünya bu müharibəni dayandırmalıdır.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.

"Ukraynanı dəstəkləmək üçün çalışan hər kəsi yüksək qiymətləndirirəm, lakin müharibə davam edir. Dinc əhaliyə qarşı terror davam edir. Bir ay oldu. Bu, çox uzundur. Sizdən müharibəyə qarşı çıxmağınızı xahiş edirəm. NATO, Avropa İttifaqı və G7-dən mənalı addımlar gözləyirik. Biz bilirik ki, Rusiya öz maraqları üçün lobbiçilik etməyə başlayıb. Onlar bəzi tərəfdaşlarla i̇şləyi̇rlər.

 

Bütün insanlar müharibəyə qarşı olmalıdır. Sülh üçün çıxın. Meydanlarda və küçələrdə Ukraynanı dəstəkləyin", - Zelenski bildirib.

 

O vurğulayıb ki, Ukrayna heç vaxt Rusiyanın təhlükəsizliyini təhdid etməyib:

"İndi belə sizin torpaqlarınızda deyil. Öz torpağımızda xalqımıza sülh gətirmək üçün əlimizdən gələni edirik. Rusiya vətəndaşları, oğullarınızı müharibədən xilas edin. Onlara müharibə haqqındakı həqiqətləri deyin

скачать dle 12.1
Geri qayıt