Türkiyədən Talibana çağırış

Türkiyədən Talibana çağırış

Əfqanıstanda qızların təhsilinə qoyulan məhdudiyyətin davam etməsindən təəssüflənirik.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Talibana çağırışında qeyd olunub.

"Əfqan xalqının əksəriyyətinin gözləntisidir ki, yeni təhsil dövründə bütün tələbələr, o cümlədən qızlar təhsillərini davam etdirsinlər. Biz Əfqanıstanın müvəqqəti hökumətini hər yaşda olan qızların ən qısa zamanda təhsil almasına icazə verməyə çağırır və bu çətin günlərdə əfqan xalqının yanında olmağa davam edəcəyimizi vurğulayırıq”, - çağırışda bildirilib.

скачать dle 12.1
Geri qayıt