Rusiya yüksək dəqiqlikli silahlarla zərbələr endirdi

Rusiya yüksək dəqiqlikli silahlarla zərbələr endirdi

Rusiya ordusu yüksək dəqiqlikli silahlarla Ukrayna silahlı qüvvələrinə məxsus hərbi obyektlərə zərbələr endirib.

GunAz.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.

"Martın 22-də Ukrayna hərbi obyektlərinə havadan və dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlardan atəş açılıb. Lisiçansk (Luqansk vilayəti - red.) və Kramatorsk (Donetsk vilayəti - red.) yaşayış məntəqələrində Ukrayna qoşunlarının iri yanacaq-sürtkü materialları anbarları dağıdılıb”, - o bildirib.


скачать dle 12.1
Geri qayıt