Polşa artıq Rusiya hücumuna hazırlaşır

Polşa hakimiyyəti artıq Rusiyanın mümkün hücumuna hazırlaşır.
GunAz.az xəbər verir ki, bu sözləri Ukraynanın Polşadakı səfiri Andrey Deşitsa deyib.
O bildirib ki, Rusiyanın Polşaya hücum edəcəyi ilə bağlı təhlükə var:
"Ölkə artıq Polşa Silahlı Qüvvələrini gücləndirəcək qanun qəbul edib. Ancaq Polşa hakimiyyəti bilir ki, ən yaxşısı Ukraynaya yardım etmək və Rusiya ordusunun Polşa sərhədinə yaxınlaşmasına imkan verməməkdir”.
Səfir bildirib ki, Polşanın guya Ukraynanın cənub torpaqlarını ələ keçirmək istədiyi barədə dezinformasiyanı Rusiya yayır, bunun həqiqətlə heç bir əlaqəsi yoxdur:
"Həqiqət budur ki, Polşa Ukraynaya yardım edir, bu ölkəyə gələn hər bir ukraynalıya dəstək olur. Bu, əvəzsiz və müqayisəolunmaz köməkdir”.