Müharibənin 25- ci günü- SON DURUM
Rusiya ordusu Ukraynada hərbi xüsusi əməliyyat başlayandan bəri 214 Ukrayna PUA-sını məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 214 pilotsuz uçuş aparatı, 1483 tank və digər zirehli döyüş texnikası, 150 reaktiv yaylım atəş sistemi, 584 səhra artilleriya və minaatan, o cümlədən 1279 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib", - Konaşenkov bildirib.