AB-nin ilk müdafiə konsepsiyası bu tarixdə təsdiqlənəcək
Martın 24-25-də keçiriləcək Avropa Birliyi (AB) sammitində tarixdə ilk müdafiə konsepsiyası təsdiqlənəcək.
GunAz.az xəbər verir ki, bu barədə AB-nin xarici siyasət xidmətindəki mənbə bildirib.
"AB liderləri hazırlanmasına təxminən iki il əvvəl başlanmış, lakin Ukraynadakı müharibənin çox güclü təsir göstərdiyi "AB-nin strateji kompası”nı təsdiq edəcəklər”, - məlumatda vurğulanıb.
