Bayden Çin lideri ilə Ukraynanı müzakirə edəcək
Prezident Co Bayden Çin lideri Si Szinpinlə Ukrayna ətrafında baş verənləri müzakirə edəcək.
GunAz.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, telefon danışığında iki ölkə arasında rəqabətin idarə olunması, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsi və qarşılıqlı maraq doğuran digər məsələlər gündəmə gətiriləcək.
