Çavuşoğludan Ukrayna açıqlaması: 24 saatlıq atəşkəs elan olunsun
Rusiya tərəfi insanların münaqişə bölgəsindən çıxarılması məsələsində Ukraynanın maneə yaratdığını, Ukrayna tərəfi isə tam əksini söyləyir.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.
"Biz də təklif etdik ki, beynəlxalq qurumlar – bura Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin qurumları, Türkiyə Qızıl Aypara Cəmiyyəti müşahidəçi olsun. 24 saatlıq atəşkəs elan edilsin, bunun işə yarayıb-yaramadığını isə humanitar qurumlar müşahidə etsin”, - nazir vurğulayıb.
