SON DƏQİQƏ: Avropanın enerji mənbəyi Rusiyadan qaz alışını dayandırdı
Almaniya şirkətinin baş direktoru Leonard Birnbaum Rusiya qazı ilə bağlı açıqlama verib.
O, keçirdiyi mətbuat konfransında "E.ON” enerji şəbəkəsinin Rusiyadan qaz almağı dayandırdığını bildirib.
Leonard Birnbaum bu radikal qərarın Rusiyanın Ukraynada başlatdığı müharibə ilə bağlı alındığını diqqətə çatdırıb.
Qeyd edək ki, "E.ON” Avropanın ən böyük enerji şəbəkəsidir.
