Kiyevdə dəhşət- Yaşayış binasına raket atıldı

Kiyevin Şevçenko rayonunda Rusiya ordusunun yaşayış binasını atəşə tutması nəticəsində partlayış baş verib.
Bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
İlkin məlumata görə, 2 nəfər xəsarət alıb, 35 nəfər təxliyə edilib.