Rusiya Çindən hərbi yardım istədi- Gücü tükənir?

Çindən Ukraynada hərbi əməliyyatları dəstəkləmək üçün hərbi texnika istəyib və bu, Ağ Evdə Pekinin qərbin Ukrayna qüvvələrinə öz ölkəsini müdafiə etmək səylərinə zərbə vura biləcəyi ilə bağlı narahatlığa səbəb olub.
Bu barədə "Financial Times" ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, Rusiya əməliyyatlar başlayandan bəri hərbi texnika və digər yardımlar tələb edib. Onlar Rusiyanın nə tələb etdiyi barədə təfərrüat verməkdən imtina ediblər.
Vəziyyətlə tanış olan başqa bir şəxs Çinin Rusiyaya kömək etməyə hazırlaşdığına dair bəzi əlamətlər fonunda ABŞ-ın müttəfiqlərinə xəbərdarlıq etməyə hazırlaşdığını bildirib. Digər ABŞ rəsmiləri Ukraynada müharibənin üçüncü həftəsinə uzandığı üçün Rusiyanın bəzi silah növlərinin tükəndiyinə dair işarələrin olduğunu bildiriblər.
Ağ Ev açıqlama verməyib. Çinin Vaşinqtondakı səfirliyi də şərh tələbinə cavab verməyib.
Açıqlama ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bazar ertəsi Çinin xarici siyasət üzrə yüksək səviyyəli rəsmisi Yang Jieçi ilə danışıqlar aparmaq üçün Romaya getdiyi bir vaxta təsadüf edir.
Bazar günü Vaşinqtonu tərk etməzdən əvvəl Sallivan Çinə xəbərdarlıq edib ki, ABŞ və müttəfiqlərinin prezident Vladimir Putin və onun rejiminə tətbiq etdiyi sanksiyalardan yan keçərək Moskvaya kömək etməklə Rusiyanı xilas etməyə çalışmasın.