Pakistan və Hindistan arasında gərginlik

Pakistan və Hindistan arasında gərginlik

Paksitan hava məkanının pozulmasında Hindistanı ittiham edib.

Bu barədə Pakistanın Xarici İşlər Nazirliyindən bildirib.

Məlumata görə, martın 9-da Hindistandan atılan raket Pakistanın ərazisinə düşüb.

Qeyd olunub ki, Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona etiraz notası təqdim olunb.

"Hindistan hökumətinə bu cür səhlənkarlığın pis nəticələrinin olacağını nəzərə alması və gələcəkdə belə halların təkrarlanmaması üçün təcili təsirli tədbirlər görməsi barədə xəbərdarlıq edilib”, - nazirlikdən bildirilib.

Rəsmi İslamabad bildirib ki, 2022-ci il martın 9-da Hindistanın Suratqarxa rayonundan Pakistanın Mian-Çannu şəhəri yaxınlığına uçan aparata düşərək mülki şəxslərin əmlakına ziyan vurub.

Hidinstan tərəfi hadisəyə hələ ki, rəsmi münasibət bildirməyib.

скачать dle 12.1
Geri qayıt