Ərdoğandan Baydenə Ukrayna mesajı: Diplomatiya zəfəridir!

Ərdoğandan Baydenə Ukrayna mesajı: Diplomatiya zəfəridir!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Co Bayden arasında telefon danışığı baş tutub.

GunAz.az xəbər verir ki, liderlər arasında söhbət 45 dəqiqə davam edib. Tərəflər Ukrayna ilə bağlı son vəziyyəti müzakirə ediblər.

***

Prezidentlərin telefon danışığının təfərrüatı açıqlanıb.

Məlumata görə, Ərdoğan Ukrayna-Rusiya arasında siyasi-diplomatik həll yolları axtarışlarını davam etdirdiklərini bildirib, Türkiyənin buradakı rolunun əhəmiyyətini vurğulayıb.

Türkiyə lideri Rusiya və Ukrayna rəsmilərinin Antalyada görüşünün diplomatiya zəfəri olduğunu Baydenin diqqətinə çatdırıb.

Bundan əlavə, Ərdoğanın Türkiyənin ABŞ-dan 40 yeni təyyarə alışı və mövcud F-16-ların modernləşdirilməsi tələbənin ən qısa zamanda yerinə yetirilməsini gözlədiyini bildirib, həmçinin Türkiyəyə yönəlik bütün haqsız sanksiyaların (əsasən müdafiə sənayesinə - red.) çoxdan ləğv edilməli olduğuna işarə edib.


скачать dle 12.1
Geri qayıt