Rus ordusuna daha bir zərbə

Rus ordusuna daha bir zərbə

Rusiya ordusunun general-mayoru Vitali Gerasimov Ukraynanın Xarkov şəhəri yaxınlığında öldürülüb.

Bu barədə Ukrayna Ordusunun Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı, general-mayor, komandanın birinci müavini Vitali Gerasimov məhv edilib. Həmçinin Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri məhv edilib və yaralanıb”, - məlumatda deyilir.

Qeyd edək ki, martın əvvəllərində Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetskini öldürüb.

скачать dle 12.1
Geri qayıt