Rusiya hərbi şəhərciyi vurdu: ölənlər var
Rusiya ordusu Xarkovda 5-ci briqadanın hərbi şəhərciyini bombardman edib.
GunAz.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyası məlumat yayıb.
"Rus düşmən təyyarəsi ağır aviasiya bombasını 5-ci Slobojansk briqadasının hərbi şəhərciyinə atıb. 4 hərbi həlak olub, yaralılar var”, - məlumatda qeyd edilib.
Məlumatda həmçinin itkilərə baxmayaraq Xarkovun müdafiə olunduğu vurğulanıb.
