Rusiya Putinə görə cavab verəcək – Zaxarova
Rusiya Qərbin yeni sanksiyalarına, o cümlədən Rusiya rəhbərliyinə - Prezident Vladimir Putin və XİN rəhbəri Sergey Lavrova tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə görə cavab addımı atacaq.
GunAz.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.
"Sanksiyalara cavab verəcəyik, necə ki, indiyə qədər cavab vermişik. Hər şeyi özümüzə uyğun şəkildə edəcəyik. Əsaslandırma və hesabata gərək yoxdur”, - Zaxarova bildirib.
O, həmçinin əlavə edib ki, sanksiya zəiflik və diplomatiyadan, siyasətdən, danışıqlardan istifadə etməyi bacarmamaqdır.
