Zelenski hərbi idarələrin yaradılması haqqında fərman imzaladı

Ukrayna Prezidenti Vladimir Zelenski hərbi idarələrin yaradılması haqqında fərman imzalayıb.
GunAz.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak "Ukrayna-24” telekanalında yayımlanan brifinqdə bildirib.
"Hərbi idarələr regional dövlət administrasiyaları əsasında yaradılacaq”, – Podolyak deyib.