UTX separatçıların ŞOK SƏSYAZMASINI ƏLƏ KEÇİRDİ

Ukrayna Təhlükəsizlik Xidməti qondarma "L/DNR” yaraqlılarının şok danışıqlarını ələ keçirib.
Bu barədə Ukrayna mediası məlumat yayıb. Yayılan səsyazmalarda separatçıların və rusların necə təxribatlar təşkil etməsindən, dinc əhaliyə atəş açmalarından bəhs edilir
Baş verən hadisələrin səhnələşdirildiyi, atəş səslərinin də xüsusi təlimatla separatçıların özləri tərəfindən panika yaratmaq məqsədilə edildiyi də məlum olub.
Səs yazısında qondarma respublikaların yerli əhalisi bunun təxribat olduğunu, qəsdən törədildiyini deyirlər. Onlar təəccüblənirlər ki, Ukrayna Silahlı Qüvvələri bu təxribatlara uymur.
Çeçen lideri Ramzan Kadırovun polkunun sərhəddə cəmləşməsi xəbəri də səsyazmada yer alıb.konkret.az