Drian Lavrovla görüşdən imtina etdi
Rusiya xarici işlər naziri Sergey Lavrovla 25 fevralda Parisdə planlaşdırılan görüşümüz baş tutmayacaq.
GunAz.az xəbər verir ki, bu sözləri Fransa xarici işlər naziri Jan İv Lö Drian deyib.
"Ötən gün Lavrovla danışığımız oldu. Görüş cümə günənə planlaşdırılmışdı. Amma baş tutmayacaq”, - fransız nazir AB-nin baş diplomatı Jozep Borrell ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, 21 fevralda Jan İv Lö Drian ABŞ-Rusiya sammitinin keçirilməsi ilə bağlı məsləhətləşmələr aparmaq üçün Lavrovu Parisə dəvət etmişdi. Belə görünür ki, ABŞ-ın sammitdən imtinası bu görüşü də mənasız edib.
