Putinin Donbas qərarına Ərdoğandan reaksiya

Rusiyanın Donetsk və Luqanskı tanıması qərarını qəbuledilməz hesab edirik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Biz tərəfləri sağlam düşüncədən və beynəlxalq hüquqdan istifadə etməyə çağırırıq. Qara dəniz ölkəsi olduğumuz üçün çoxlu ehtiyat paketləri yaradılmalıdır. Artıq bu tədbirləri görürük, həyata keçirmişik.
Əgər həm BMT Təhlükəsizlik Şurasının üzvləri, həm də digər ölkələr razılaşarsa, biz Zelenskinin BMT TŞ-Türkiyə-Almaniya-Ukrayna birgə zirvə toplantısı təklifini qəbul edəcəyik”, - Ərdoğan bildirib.