Polşada şiddətli qasırğa: 2 nəfər öldü
Polşanı cənginə alan "Yunis qasırğası" yüzlərlə binanın damının uçmasına səbəb olub.
GunAz.az xəbər verir ki, ölkənin Təhlükəsizlik Mərkəzinin direktoru Marek Kubiak qasırğanın vurduğu ziyana görə ölkə daxilində təxminən 194 min evin işıqsız qaldığını açıqlayıb.
Həmçinin qasırğa səbəbindən ağacların maşınların üzərinə aşması nəticəsində 2 nəfər həyatını itirib.
