Ermənistanda prezident seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda prezident seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda prezident seçkilərinin tarixi açıqlanıb.

Hakim Mülki Müqavilə Partiyasının adının açıqlamayan nümayəndəsi "Joxovurd” qəzetinə bildirib ki, seçki martın 3-də baş tutacaq.

Məlumata görə, martın 1-də ölkənin qanunverici orqanı olan Milli Məclisin növbəti sessiyası başlayacaq. İki gün sonra, yəni martın 3-də parlamentdə yeni prezidentin seçilməsi üzrə səsvermə keçiriləcək.

 

Qeyd edək ki, Ermənistanın sabiq Prezidenti Armen Sərkisyan yanvarın 23-də istefa verib. Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb. Müxalifət hələlik prezidentliyə namizəd irəli sürməyib.

Ermənistan prezidenti parlamentdə seçilir.

скачать dle 12.1
Geri qayıt