Daha bir ölkənin XİN başçısı Moskvaya yollanır
Yunanıstanın xarici işlər naziri Nikos Dendias Rusiyaya səfər edəcək.
GunAz.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər fevralın 18-də baş tutacaq.
Nazir Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Tərəflər Avropada təhlükəsizlik məsələsini və qarşılıqlı əməkdaşlığı müzakirə edəcəklər.
